|
|
|
|
|
|
|
NATO - İpək jol: Layihə, Emalatxanalar və Seminarlar
“İpək jol” (İY) Layihəsi ən müasir texnologiyadan, telekommunikasiyadan (o cümlədən, videokonfrans imkanından) və QEANT-dan (elm və təhsil məqsədlərini güdən 26 Avropa ölkəsini birləşdirən ən iri və qüvvətli kompüter şəbəkəsi) istifadə edərək Qafqaz və Orta Asiya ölkələrinə “sürətli” İnternet gətirmək və bununla informasiya mübadiləsi üçün geniş yol açmağa yönəlib.
Layihənin əsas məqsədi - hər bir iştirakçı ölkədə Sarsıntıya Qarşı Yerli Mərkəz (SQYM) yaratmaq və əhaliyyə peşəkar psixoloji xidmət göstərməkdir.
İY layihəsinin vəzifəsi – bu regionlarda yerləşən akademik və təhsil qurumların arasında informasiya mübadiləsini xeyli dərəcədə artırmaqdır.
Bu analoqu olmayan layihə İY ölkələrinə verilən texnologiya əsasında bu ölkələrin psixoloqları arasında möhkəm İnternet şəbəkəsini yaratmaq, onların İnternet Portalından, telekommunikasiyadan, o cümlədən, videokonfrans, məsafədən təhsil, İnternet Forum və addım-addım təlimat kimi üsullarından istifadə etmək imkanını yaradır.
Terrorizm qlobal təhlükə kimi, zəlzələ və digər təbii və antropagen qəzalar baş verərək İY ölkələrində həm ayrı ayrı insanlara həm də bütöv cəmiyyətə zərərli təsirini göstərə bilər.
Təəssüflər olsun ki, bir çox hallarda terrorist fəaliyyəti əhalini qorxutmağa, kommunikasiya və informasiya axınını nəzarətə almağa yönəlir; digər qəzalar da informasiyanın vaxtında çatdırılmasında əngəllər törədə bilər.
NİG/İY infrastrukturuna əsaslanan bu layihənin həyata keçirilməsi nəticəsində İY ölkələrinin böhranda dayaq qruplları fəlakət zonalarında olan insanlar üçün virtual (İnternet məkanında) yardım və məsləhət mənbəsi kimi fəaliyyət göstətə bilər. Beləliklə, İY Layihəsi fəlakətin vurduğu zərbəni yumşaltmağa və törətdiyi fəsadların daha effektiv aradan qaldırılmasına imkan yaradır.
İSQAM tərəfindən işlənib hazırlanmış İnteqral müqavimət modeli (BASIC Ph) artıq 25 ildir ki İsraildə və bütün dünyada müvəffəqiyyətlə tətbiq olunur. Psixoterapevtlərin müxtəlif təhlükəsizlik qurumları ilə işində, təhsil sistemində, səhiyyə və sosial təminat müəssisələrində, dövlət və bələdiyə idarələrində, yerli psixoterapevtlərin təlimində bu modeldən istidadə olunur. Məsələn, bu model Tükiyyədə 1999 ildə baş vermiş zəlzələdən sonra, ABŞ-da 11 sentyabr 2000 ildə törədilmiş terror aktından sonra, Rusiyanın Beslan şəhərində 2004 ildə orta məktəbdə baş vermiş dəhşətli faciyədən sonra, Cənub-Şərqi Asiya ölkələrində 2004 ildə baş vermiş təbii fəlakətdən sonra tətbiq olunmuşdur.
Həyatın müxtəlif sahələrində baş verə biləcək sarsıntı hallarına qarşı psixoloji və sosial cəhətdən daha hazır olmalarını arzulayan şirkətlər, təşkilatlar və icmalar üçün İSQAM 25 il ərzində daimi olaraq müxtəlif stressa qarşı proqramlar tərtib edir və məsləhətlər verir. Bu günə kimi İsraildə və dünyanın bir çox ölkələrində minlərlə mütəxəssis xüsusi təlim keçərək İnteqral müqavimət modeli (BASIC Ph) və fərd, ailə, qrup, təşkilat, və yahud icma səviyyəsində stressin öhdəsindən gəlmək üçün İSQAM tərəfindən hazırlanmış müxtəlif tehnikalar ilə tanış olublar.
Layihənin mərhələləri: Qeyd edək ki, baxmayaraq ki, № №1 və 3 bəndlər NİG ərizəsinə daxil deyil və ayrıca arizə şəklində (ASI, ARW/ ANW) verilir, onlar NİG layihəsinin ayrılmaz hissəsidir və buna görə aşağıdakı planda göstərilir.
1. İY layihəsində iştirak edən bütün ölkələrin təcili yardım göstərən psixologları üçün İstambulda üç günlük seminarın təşkili (seminarın layihəsi ayrıca təqdim olunacaq). Emalatxana-seminar iştirakçıların seminardan öncə xüsusi sorğu yolu ilə bildirlikləri təklif və tələbatlar əsasında təşkil olunaçaq.
Yerli şəraitdə hansı növ təhlükə və qəzaların gözlənildiyi və böhrandan çığmağın ən müasir üsulları və yolları ilə bağlı suallar sorğuya daxil ediləcək.
Cavablar İSQAM-n ekspertləri tərəfindən təhlil ediləcək və seminarın yekun proqramının hazırlanmasında mühüm yer tutacaq.
2. Sarsıntı\terror\böhran\fəlakətin törətdiyi psixoloji\sosial fəsadların qarşısını almağın yollarına və üsullarına aid işin məzmununu, (kitablardan, məqalələrdən, konfranslardan istifadə edərək), təyin edib, iki dildə hazırlamaq. Xarici məsləhətçilərin və tərcüməçilərin xidmətindən istifadə edərək yerinə yetiriləcək.
3. İY Layihəsinin iştirakçıları, NATO ölkələrindən və NATO ilə partnyor ölkələrindən olan tədqiqatçılar\psixoloqlar üçün iki həftəlik kursların (ASİ) təşkili. Bu kurslarda ARW/ANW seminarında (yuxarı bax. ASİ üçün plan və ərizə ayrıca təqdim olacaq) müzakirələr əsasında hazırlanmış ən müasir elmi-praktiki üsullar və materiallar müzakirə mövzusu olacaq.
4. Xarici ekspertlərin xidmətlərindən istifadə edərək, YSQM-n ekspertləri və kurs iştirakçıları üçün hazırlanan iki elektron təlim bölməsinə aid spesifikasiyanın yazılması. Spesifikasiyaya uyğun olaraq iki elektron bölməsinin sifarişi. Bölmələrdə ARW seminarında və ASI kursunda aşağıda göstərilən sosial və psixoloji məsələlərlə bağlı keçirilən müzakirələrin mətni saxlanılacaq:
1.Terrorist fəaliyyətinin nəticəsində fərd və icma səviyyəsində törədilən fəsadların aradan qaldırılması.
2. Fəlakət, böhran və sarsıntı şəraitində çevik reaksiya.
Hər təlim bölməsi həm ümumi həm də hər ölkənin xüsusiyyətlərini nəzərə alan fərdi hissələrdən ibarət olacaq
5. 2 bənddə (yuxarı bax) əldə olunmuş materiallar əsasında və sarsıntı\terror\böhran\fəlakətin törətdiyi psixoloji\sosial fəsadlarına həsr olunmuş internet- proqramını iki dildə hazırlamaq. Hər bir əlavə dildə materiallar həmin dildə elektron təlim üzrə xarici ekspertın köməyi ilə hazırlanacaq.
6. Psixoloqlar və sosial işçilər üçün necə psixoloji kömək üsullarını yaratmaq, fəlakət zamanı birinci reaksiya vermək və SQYM-n əməkdaşlarının əhaliylə davranmağı öyrədən iki dilli (ingilis və rus) addım-addim təlimatı İsraildə hazırlamaq.
Hər ölkədə yerli dillərə tərcümə olunacaq. Təlimata SQYM-n təşkilinə və idarə olunmasına dair tövsiyələr daxil ediləcək.
7. İnternet- proqramını iki dildə hazırlamaq. Hər bir əlavə dildə materiallar həmin dildə elektron təlim üzrə xarici ekspertın köməyi ilə hazırlanacaq.
Seminar iştirakçıları və SQYM-n əməkdaşlarının gələcəkdə istifadəsi üçün - forumda müzakirələr mövzusu kimi - sarsıntı \ terror \ böhran \ fəlakətin törətdiyi psixoloji\sosial fəsadlarına aid materialları özündə ehtiva edən və iştirakçıların bildirdiyi tələbatlarına və İSQAM-n bilik və təcrübəsinə əsaslanan təlim üsullarını və təlimatı hazırlamaq.
Dayaq forum iştirakçıları yeni üsullarla, məqalələrlə və İSQAM-n təcrübəsi ilə tanış olacaqlar. İştirakçıların qaldırdığı suallar da forumda müzakirə olunacaq.
8. Dayaq forumuna seçilmiş materiallar və üsullar əsasında sarsıntı, terrorist aktı, təbii fəlakət hadisələri zamanı təcili psixoloji\sosial yardımın göstərilməsinə aid ayrıca iki dilli internet-forum\müzakirələr portalını yaratmaq. Forumun portalı videokonfransların keçirilməsi imkanını qazanmaqla yanaşı İY telekommunikasiya strukturunun yaratdığı imkanlardan faydalanacaq.
Forum iştirakçıları müxtəlif məqalələrlə, məruzələrlə tanış olmaq və onları maraqlandıran problemləri İSQAM-n mütəxəssisləri ilə birbaşa müzakirə etmək imkanını qazanacaqlar.
9. Portal\Mündəricat\addim-addim təlimat\elektron təlim bölmələrinə giriş və modifikasiya. Bunlarla işləmək vərdişi əvvəl seminar iştirakçılarından sonra isə bütün SQYM-n əməkdaşlarından tələb olunacaq.
Təkliflər və cavab reaksiyalar daimə toplanacaq və İnternetdə yerləşdirilən materialların dəyişilməsinə, düzəlişinə və yeniləşdirilməsinə xidmət edəcək.
10. Məsafədən təlim, forum və İnternet portalının digər bölmələrindən istifadə etməyi öyrədən 3 günlük treninq.
SQYM-n əməkdaşlarının sərbəst elektron təlimə yeni bölmələr və məzmun əlavə etməyi öyrədən son təlim mərhələsi. Treninqın sonunda iştirakçılar sertifikat, son elektron təlim kursunun variantını və həmçinin kurs materiallarının yeniləşdirməsinə aid təlimatı əldə edəcəklər.
Treninqda iştirak etmək üçün şəxsi kompüterla, İnternet və Office proqramı ilə işləmək vərdişlərin olması və ingilis dilini bilmək şərtdir.
|
|
|
Son hadisələr
22 -25 Iyul 2008 il
Istambul, Türkiyə
7 dekabr 2007 il
İşə başlamış xanım Silviya Rudnik “İpək Yol” saytının inkişafı ilə bağlı Layihə iştirakçılarının bütün suallarına aydınliq gətirəcək
2 dekabr 2007 il
Hər ay saytın forumunda sarsıntı ilə işin müxtəlif aspektlərinin ekspertlərlə müzakirəsi planlaşdırılır.
29 oktyabr 2007 il
Kiryat Şmona, İsrail
D-r Lüba Moşinskaya “İpək Yol” layihəsinin vebsaytının moderatoru təyin olunmuşdur.
Avqust 2007 il
Hanım J.Maştakova Türkmənistanın Qırmızı Aypara Cəmiyyətində “Fövqalada vəziyyətdə zərər çəkmişlər üçün birinci psixoloji yardım” mövzusu adında treninq-seminar keçirmişdir.
8 iyul 2007 il
Kiryat-Şmona, İsrail
Terrorist hücumu yahud təbii fəlakət nəticəsində sarsıntı keçirmiş ayrı-ayrı fərdlərə və cəmiyyətə birinci yardımın yeni üsulları və təcrübəsi. 15 ölkədən nümayəndə toplayan iki həftəlik seminar.
2007 ilin mart ayında İstambulda (Türkiyə) keçirilən seminarın davamıdır. NATO-nun (“Elm sülh naminə”) dəstəyi ilə həyata keçirilir. Daha ətraflı……..
23-25 mart 2007 il
İstambul, Türkiyə
Terrorizmin qurbanlarına və sarsıntı keçirmiş insanlara dəstək. Müasir tədqiqatlar emalatxanası (master-klas).
Bu emalatxana (master-klas) sarsıntının qarşısını alma regional mərkəzlərin şəbəkəsini və Virtual İpək Yol ölkələri üçün internet-portalın yaradılmasını nəzərdə tutan iki illik Layihənin birinci addımıdır.
Sarsıntı keçirmiş insanlara və terror aktların qurbanlarına yardım və dəstək göstərmək vəzifəsini yerinə yetirən psixoloqlar və digər mütəxəssislər bu cür strukturlardan istifadə edə biləcəklər. Daha ətraflı…..
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Hamısı >>
|
|
|
|
|
|
|
|
|